Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazın Qıraqlı kəndi içməli su ilə təmin olunub

28 noyabr 2017 | 16:00

     Tədbirdə məlumat verilib ki, rayon mərkəzindən 20 kilometr aralıda yerləşən kənddə əvvəlki su xəttinin çox hissəsi sıradan çıxmışdı.
     Yeni layihə çərçivəsində kəndə 4 min 100 metr uzunluğunda yeni içməli su xətti çəkilib. 16 və 25 kubmetr tutumu olan iki su anbarı inşa edilib.
     Rayon İH başçısı Şəmsəddin Xanbabayev, deputat İlham Əliyev çıxışlarında kənd sakinlərini təbrik ediblər. Kənd sakinləri problemlərinin həllinə görə aidiyyatı qurumlara təşəkkürlərini bildiriblər.
     Qeyd edək ki, kənddə su Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində “İçməli su xəttinin təmiri” layihəsi çərçivəsində çəkilib

Keçidlər