Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Novruz bayramı böyük coşqu ilə qeyd edildi.

20 mart 2018 | 16:00

  20  mart tarixində  Xaçmaz  rayonunda yerləşən və şəhər sakinlərinin sevimli istirahət guşəsi olan Fəvvarələr bağında Novruz bayramı münasibətilə möhtəşəm şənlik keçirilmişdir. Fəvvarələr bağı  baharın gəlişi münasibətilə bütünlükdə  bayram ovqatına uyğun bəzədilərək,  rayon sakinlərimizin böyük marağına səbəb olmuşdur. Keçirilən bayram şənliyində rayon rəhbərliyi və  ictimaiyyət nümayəndələri iştirak etmişdir.Novruz şənliyində  Xaçmaz rayon  İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev  şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb.
  Daha sonra park boyunca xalq gəzintisi və bayram şənlikləri davam etdirilib.Səməni və digər Novruz atributları ilə bəzədilən parkda  Azərbaycanın çox əsrlik qədim adət-ənənələri, milli mətbəxi, tarixi nümunələri və  Novruzun personajları olan kosa və keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri tədbir  iştirakçıları tərəfindən maraqla qarşılanıb. Daha sonra Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev çıxış edərək,  bayram təbriklərini rayon sakinlərinə  çatdırıb. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən  Novruz şənliyində  təqdim olunan bayram əhval-ruhiyyəli təqdimatlar rayon  sakinlərində xoş ovqat yaratmışdır.

  Sonda bayram tədbiri rayonun  tanınmış sənət ustaları, incəsənət xadimlərinin  iştirak ilə təşkil olunmş konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər