Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 28-də Xaçmaz şəhərində təşkil olunan beynəlxalq seminarda Azərbaycanın ictimai-siyasi həyatında gənclərin iştirakı, meyillər və perspektiv imkanlar müzakirə edilib.

28 mart 2018 | 16:00

   “Gənclər seçir və seçilir” adlı seminar Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialı ilə  Xaçmaz Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə keçirilib.

  Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən seminarda MDB PA Şurasının Katibliyi və  qonaqlar, Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvü, Gənclər və İdman Nazirliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

  Seminarda bildirilib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün azərbaycanlı gənclər respublikanın ictimai-siyasi həyatında fəal iştirakla etməklə yanaşı, beynəlxalq miqyasda da uğurlar qazanırlar.

  Tədbirdə MDB PA Şurası baş katibinin müavini Aydın Cəfərov, MDB PA DİMBİ-nin direktoru Dmitri Qladey, rusiyalı ekspert Stanislav Tkaçenko, Milli Məclisin deputatları Azər Badamov, Eldəniz Səlimov, Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və başqaları mövzu ətrafında məruzələrlə çıxış ediblər.
  Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda gənclərə göstərilən dövlər qayğısından bəhs edib. 

  Tədbirdə moderator qismində çıxış  edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının birinci  müavini İlhamə Nəzərova bildirdi  ki, ölkəmizdə gənclər siyasətinə xüsusi önəm verilir. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır.

  Məruzələrdə ölkəmizdə gənclərin inkişafı istiqamətində görülən işlərdən danışılıb və onlar prezident seçkilərində fəallıq nümayiş etdirməyə çağırılıblar.

  Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçılara MDB PA DİMBİ Bakı filialı tərəfindən hazırlanan əyani vəsaitlər təqdim olunub.

Keçidlər