Şriftin ölçüsü :

Saytın rəngi :

Meşəli, Sahillər və Samurçay qəsəbələri mavi yanacaqla təmin olundu

24 aprel 2018 | 16:00

  SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

  Ümumilikdə, 95 abonenti olan üç qəsəbənin qazlaşdırılması üçün 11 min 29 metr polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

  Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, istirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq.

  Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.

Keçidlər