Şriftin ölçüsü :

Saytın rəngi :

3 Aprel tarixində Xaçmaz şəhərində FHN-nin Şimal Regional Mərkəzində "Gənc xilasedici və yanğınsöndürənlər" zona komandalarından ibarət yarış keçirilib.

03 may 2018 | 16:00

  Yarış ulu öndər, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Ənənəvi hal alan “Gənc xilasedici və yanğınsöndürən” zona yarışında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən məktəblilərinin komandaları iştirak edib. İlk öncə yarış iştirakçıları ulu öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzüblər.Sonra dövlət himni səsləndirilib. Rayon İcra Hakimiyyətinin Başçısınin birinci müavini İlhamə xanım Nəzərova və FHN-nin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev ilk öncə yarış iştirakcılarını salamlamış, çıxışlarında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və vətənpərvər şəxsiyyət kimi yetişməsində belə yarışların keçirilməsinin böyük əhəmiyyət daşıdığından söz açmış, bildirmişdilər ki, fövqəladə hallar zamanı gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin geniş aşılanması və təbliği günün tələbidir. İlhamə  Nəzərova çıxış edərk bildirmişdir ki,  Azərbaycanın ictimai-siyasi həyatında gənclərin rolu  danılmazdır. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqsədilə dövlət tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.Daha sonra yarış iştirakçılarına uğurlar diləmişlər.
  Fövqəladə Hallar, Gənclər və İdman və Təhsil Nazirliklərinin birgə dəstəyi ilə keçirilən yarışa hər rayondan şəhər birinciliyi qazanan 7 məktəbli qatılıb.
  Yarışın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılmasından və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir.
  5 mərhələdən ibarət olan yarışa start verilmış, yarış iştirakçıları kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, axtarış xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı adlı mərhələlərdə güclərini sınamışlar.
  Beləliklə, yarışın nəticələrinə görə Quba komandası I yerə, Xaçmaz komandası II yerə, Siyəzən komandası isə III yerə layiq görülüb. Zona yarışlarının qalibi olan Quba rayon komandası Respublika yarışında iştirak etmək hüququ qazanmışdır.

Keçidlər