Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 73-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

09 may 2018 | 16:00

 Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı, Böyük Vətən müharibəsi veteranları, hüquq-mühafizə orqanlarının,  idarə , müəssisə və təşkilatların  rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
  Mərasim iştirakçıları İkinci Dünya müharibəsində həlak olan xaçmazlıların xatirəsinə ucaldılan abidəni, ziyarət edib, önünə tər çiçəklər düzdülər. Rayon rəhbərliyi  Qələbə Günü münasibətilə veteranları təbrik edərək, onlara cəmiyyətin əziz və hörmətli insanları olduqlarını bildiriblər. Mərasim zamanı Böyük Vətən müharibəsi veteranlarına gül dəstələri təqdim olunub.
  Tədbirdə iştirak edən  Böyük Vətən müharibəsi veteranlarının hər biri  göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər