Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda yerləşən “Gənc Heydərçilər” yay düşərgəsinin iştirakçıları iyulun 9-da Xaçmazın görməli yerləri ilə tanış olublar.

09 iyul 2018 | 16:00

  İyul ayının 9-da yay düşərgəsinin iştirakçıları Xaçmazda səfərdə olublar. Gənc düşərgə iştirakçılarını Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova, rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova qarşılayıblar. İştirakçılar ilk öncə Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.  Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova çıxış edərək bildirmişdir ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır.

  Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələlərdir.

  Prezident İlham Əliyevin son 10 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstərişləri, sərəncamları qeyd edən İlhamə Nəzərova  bu sahəyə olan qayğısının birbaşa möhtərəm Prezidentin diqqəti sayəsində baş verdiyini söyləmişdir. 
  Daha sonra yay düşərgə iştirakçıları rayonun muzeyləri və parkları ilə tanış olublar. 

Keçidlər