Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Yergüc kəndində səyyar qəbul keçirdi

06 sentyabr 2018 | 16:00

  Xaçmaz  rayon İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulu Yergüc kəndində keçirmişdir. RİH Başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.

  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən avtomobil yollarının asfaltlanması, elektrik şəbəkəsinin yenidən qurulmasını, əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər. Orucov Ramiz, Harınov Cəlal və Məmmədov Abdulkərim rayonda  aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə , xüsusilə yeni salınmış park və xiyabanlara   görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə rayonumuzun  nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdi.

  Xaçmaz Rayon İcra Hakimiyyətinin Şəmsəddin Xanbabayev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib. İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Xaçmaz  rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.

Keçidlər