Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev Dədəli kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib

11 oktyabr 2018 | 16:00

  Oktyabrın 11-də Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Dədəli kəndində olub.
  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən elektrik şəbəkəsinin yenidən qurulmasını, əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər. Rayonda  aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə , yeni salınmış park və xiyabanlara   görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə rayonumuzun  nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdi.
  Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
 

Keçidlər