Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz şəhərində payız çağırışı ilə əlaqədar “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika birinciliyinin final mərhələsi keçirilmişdir.

12 noyabr 2018 | 16:00

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən birinciliyin final mərhələsində Respublikamızın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 15 komanda mübarizə aparmışdır. İştirakçılar beş növ üzrə - 100 m. və 2000 m. məsafəyə qaçış, qumbara atma, turnikdə dartınma və güllə atıcılığı üzrə yarışlarda qüvvələrini sınamışlar.
  Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda şəhər komandaları arasında Naxçıvan (1106 xal), Bakı (981 xal), Sumqayıt (929 xal) və rayon kollektivləri arasında isə Biləsuvar (1011 xal), Qusar (927 xal), Goranboy (894 xal) rayon komandaları qalib olmuşlar. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər