Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun 1 saylı körpələr-evi uşaq bağçasında Yeni il şənliyi keçirilib.

27 dekabr 2018 | 16:00

  Tədbirdə rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini  İlhamə Nəzərova,  ictimaiyyət nümayəndələri və valideynlər iştirak edib.

  Mərasimdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini  İlhamə Nəzərova uşaqları rayon rəhbərliyi adından Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan balacalara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıb. İlhamə Nəzərova bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiyanın ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra çıxış edən  natiqlər Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən söz açıblar.

  Bayram şənliyində Şaxta baba və Qar qızın çıxışları uşaqlar tərəfindən hərarətlə qarşılanıb. İki saata yaxın davam edən şənlikdə uşaqlar şeirlər söyləyib, rəqs edib, şənləniblər.

  Sonda  bayram sovqatı uşaqlara təqdim olunub.

Keçidlər