Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü Xaçmazda qeyd olundu.

13 fevral 2019 | 16:00

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradılmasının 7-ci ildönümü münasibətilə Xaçmaz rayon İcra Hakimiyyətinin, Xidmətin rayon şöbəsi, həmçinin yerli idarə, təşkilat və müəssisələrin əməkdaşlarının Heydər Əliyev Mərkəzini ziyarəti təşkil edilib. 
  Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başlanıb. 

  Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəz müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.

  Nadir memarlıq nümunələrindən olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz şəhər memarlığına bir töhvədir. Burada rəsmi qəbullar, müxtəlif  konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

  Mərkəzdə yaradılmış və məzmun orijinallığı ilə seçilən guşələr ilə tanışlıq da tədbir iştirakçılarında böyük maraq doğurub. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti barədə maraqlı faktlar, foto və videomateriallar əksini tapır. 

  Tədbir iştirakçıları Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə nümunə olan materiallara baxıblar.  

  Ulu Öndərin həyat və fəaliyyəti ilə yanaşı, ziyarətçilərə müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında və digər sahələrdə baş verən önəmli hadisələr barədə də məlumat verilib. Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev Heydər Əliyev ilə bağlı xatirələrindən bəhs edib. 

  Müasir Xaçmazın  simvolu olan Heydər Əliyev Mərkəzinə ziyarət tədbir iştirakçılarının hər birində xoş təəssürat yaradıb.

Keçidlər