Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Xaçmaz rayonunda bayram tədbiri təşkil olunub.

07 mart 2019 | 16:00

  Xaçmaz  rayon İcra Hakimiyyətinin   təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  gerçəkləşən tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev,   Xaçmaz  RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,  rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.Tədbir ilk öncə rayonun ictimai-siyasi həyatında fəaliyyətləri ilə seçilən qadınların Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlanıb. Abidənin önünə gül dəstələri qoyulub. 

  Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova   8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları rayon rəhbərliyi adından təbrik edərək, qadınlarımıza xoş və səmimi arzularını bildirib.  İlhamə Nəzərova qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. O cümlədən natiq  bildirib ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə  layiqli mövqeyini hər zaman qoruyub  imkan verəcək. Eyni zamanda ölkədə  fəaliyyətləri  ilə seçilən  bir qrup qadının Prezident İlham Əliyevin sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif edilməsi qadınların bayramında xüsusi ovqat yaratdı. İlhamə Nəzərova bildirmişdir ki, Sərəncama əsasən, rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə Mədinə Nurməmmədova “Tərəqqi” medalı ilə təltif edilb.  

  Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın Fəxri fərman və hədiyyələr ilə təltif olunublar.

  Daha sonra tədbir bayram konserti ilə davam etdirilmişdir. 

Keçidlər