Şriftin ölçüsü :

Saytın rəngi :

Müşkür kəndində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı görüş-qəbul keçirib

11 aprel 2019 | 16:00

  Rayon icra hakimiyyətinin başçısı görüş-qəbulu giriş nitqi ilə açıb, 2019-cu ildə rayonda aparılacaq geniş miqyaslı tikinti-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin həyata keçirilməsindən, kənd təsərrüfatı istehsalının daha da artacağından ətraflı danışıb.

 Vətəndaşların təklifləri, arzu və xahişləri daha çox özünəməşğulluqla, ünvanlı sosial yardımla, kənddaxili yolların abadlaşdırılması, elektrik enerjisinin gücünün artırılması ilə bağlı olub.
     Qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin  rəhbərlərinə  müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər