Şriftin ölçüsü :

Saytın rəngi :

Xudat şəhərində 40 yerlik yeni uşaq bağçası istifadəyə verildi.

10 may 2019 | 16:00

  10 May tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində rayonun Xudat şəhərində yeni uşaq bağçası sakinlərin ixtiyarına verildi. 
  Açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

  Bağçanın   inşasına ötən il başlanılıb. Bu ilin martında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. 

  Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. 

  Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görülüb, binaların fasadları rənglənib.
       Açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova qeyd edib ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir. İlhamə Nəzərova bildirmişdir ki, Azərbaycanda yeni uşaq tərbiyə müəssisələrinin inşası sahəsində görülən işlərə dövlətimizlə yanaşı, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.
        Yeni uşaq bağçası sakinlərdə böyük məmnunluq hissləri yaratmışdır. 

 

 

 

Keçidlər