Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN POLİSİ 101 iLLİK YUBİLEYİNİ QEYD ETDİ

02 iyul 2019 | 16:00

  İyulun 2-də Azərbaycan polisi 101 illik yubileyini təntənəli şəkildə qeyd etdi.

  Xaçmaz Rayon Polis Şöbəsi, Xətt Polisi və Mühafizə Bölməsinin əməkdaşları yubiley mərasiminə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda nümunəvi sıralanma ilə başladılar.

  Xaçmaz RİH-in başçısı  cənab Şəmsəddin Xanbabayev başda olmaqla hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəsmiləri, İƏD nümayəndələri və bələdiyyə sədrləri  polis əməkdaşları ilə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini böyük etiramla yad etdilər, heykəli önünə tər gül-çiçək dəstələri düzdülər.

  Sonra bayram tədbiri H. Əliyev Mərkəzində davam etdirildi.

  Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimi Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmov açaraq mərasimin məramı və məqsədi ilə bağlı məlumat verdi. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin və cinayətkarlığa qaşı mübarizədə həlak olan polislərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

  Sonra Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmov  polisin keçdiyi tarixi yol haqqında geniş məruzə ilə çıxış etdi

  Mərasimdə çıxış edən Xaçmaz rayon prokuroru Elxan Əbdürrəhimov, Məhkəmənin sədri Xıdır Quliyev polis əməkdaşlarını yubiley münasibətilə təbrik edərək, onlara xoş arzularını bildirdilər.

  Xaçmaz RİH-in başçısı cənab Şəmsəddin Xanbabayev  sabitliyin, asayişin qorunmasında, cinayətkarlığı qarşı mübarizədə polisin əvəzsiz xidmətlərindən söz açaraq, onları təbrik etdi, çətin və şərəfli işlərində hər bir polis nəfərinə uğurlar dilədi.

  Mərasimin sonunda işində fərqlənən polis əməkdaşlarına mükafatlar, fəxri fərmanlar təqdim edildi.

Keçidlər