Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqallarla görüşmüşdür.

05 noyabr 2019 | 16:00

  05 noyabr 2019-cu il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev   ağsaqqallarla görüş keçirmişdir. Rayon ağsaqqallarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirdi ki, görüşün əsas məqsədi rayonun hazırda mövcud olan problemlərinin onlardan eşidilməsi və rayonun gələcək inkişafı ilə bağlı təkliflərin dinlənilməsidir. Rayon ağsaqqallarını ehtiramla salamlayan Elnur Rzayev rayonda  görüləcək işlərin əhalinin rahatlığına xidmət edəcəyini və abadlıq-quruculuq işlərinin aparılmasında görüş iştirakçılarının təkliflərinin  nəzərə alınacağını bildirmişdir. Elnur Rzayev görüş iştirakçılarının diqqətinə çatdırmışdır ki, dövlət Başçısının qarşıya qoyduğu vəzifələr hər kəs tərəfindən məsuliyyətlə yerinə yetirilməli, vətəndaşların problemləri həll edilməlidir. Sonra Elnur Rzayev yaxın zamanlarda rayonda sosial-mədəni və iqtisadi  sahələrdə görüləcək işlər barədə onlara qısa məlumat vermişdir. Görüş zamanı Ağsaqqallar Şurasının sədri Əli Mustafayev ağsaqqallar adından Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə  təbrik etmiş, ona bu məsuliyyətli və şərəfli işində uğurlar arzulamışdır. Daha sonra görüş iştirakçıları mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında fikir mübadiləsi apardılar.
       Görüş zamanı ağsaqqallardan bir neçəsi çıxış edərək, rayon rəhbərinə fəaliiyətində uğurlar arzulayaraq, hər zaman onunla birlikdə olacaqlarını bildirdilər.

Keçidlər