Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xaçmazda məktəblilərin yolasalma mərasimi olub.

13 noyabr 2019 | 16:00

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarına tur-aksiyaları təşkil olunur.

  “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində 13 noyabr  2019-cu il tarixdə Xaçmaz rayon  məktəblilərinin Gəncə-Göygöl-Şəmkir istiqamətinə təntənəli yolasalma mərasimi olmuşdur.

  “Ölkəmizi tanıyaq” layihəsinin  iştirakçıları əvvəlcə ümummilli liderin adını daşıyan Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur. Yolasalma mərasimi rayon rəhbərliyinin, rayon təhsil şöbəsinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata  keçirilib. Layihənin uğurla reallaşdırılması üçün bütün məsələlər rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılmışdır. 

  Sonra şagirdlər onlar üçün ayrılan avtobusla  Gəncə-Göygöl-Şəmkir istiqamətinə yola düşdülər.

Keçidlər