Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon gəncləri Heydər Əliyev Mərkəzini ekskursiya etdilər.

19 noyabr 2019 | 16:00

  Xaçmaz rayon gəncləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgiyə baxış keçirdilər.
      Gənclərə bildirildi ki, tariximizdə tarixi əhəmiyyətə malik şəxsiyyət olan Heydər Əliyev daim xalqın qəlbində əbədi olaraq yaşayacaqdır. Qeyd olundu ki,  dünya şöhrətli dövlət xadimi ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə kimi səciyyələnir. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan edib. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətimiz suverenliyini itirilməsi təhlükəsi ilə qarşılaşmışdır. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya hərtərəfli inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. 
       Sonda məktəblilər Ulu Öndər haqqında müxtəlif şerlər səsləndiriblər.

Keçidlər