Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan məktəblilər Xaçmaz rayonu ilə tanış oldular.

21 noyabr 2019 | 16:00

    Doqquz   rayonun məktəblilərindən ibarət qrup “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Xaçmaz rayonuna ekskursiya ediblər.  Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Qobustan rayonlarından olan 380-dən  yuxarı  şagird heyəti  Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlayıblar. Şagirdlərin qarşılanması Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlhamə Nəzərova, Rayon Gənclər və İdman İdarəsinin rəisi və Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının əməkdaşları  tərəfindən həyata keçirilib.  Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini  çıxış edərək ölkə gənclərinə dövlət Başçısı tərəfindən göstərilən qayğıdan bəhs edib.
        Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə Ulu Öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib. Tur-aksiya iştirakçıları mərkəzdəki fotostendləri maraqla izləyib. Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyində də olublar. Sonra tur-aksiya iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edib.
      Tur-aksiya iştirakçıları Xaçmazdakı Dövlət Rəsm Qalereyası, Xalça Muzeyi və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar. Xaçmazla tanışlıqdan sonra məktəblilər şimal regionuna ekskursiyalarını yekunlaşdıraraq doğma rayonlarına yola salınıblar.

Keçidlər