Şriftin ölçüsü :

Saytın rəngi :

25 noyabr 2019 - cu il tarixində ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

25 noyabr 2019 | 16:00

       Ziyarətçilər  Alıcqışlaq kənd tam orta məktəbinin 8-ci sinif şagirdləri, Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbinin 4-cü sinif şagirdləri, Ağyazı Buduq kənd tam orta məktəbinin 4-cü sinif şagirdləri, Xaçmaz şəhər 1 saylı  tam orta məktəbinin  8-ci sinif şagirdləri əvvəlcə Ulu Öndər  Heydər Əliyevin keçdiyi böyük və şərəfli həyat yolundan bəhs edən fotostendlərlə yaxından tanış oldular. Burada şagirdlərimizə əsasən Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrlərində ölkəmizi sovetlər dönəmindəki geridə qalmış ölkələr sırasından çıxararaq inkişaf etdirməsindən, hər bir sahədə apardığı islahatlardan, təhsilə, mədəniyyətə, səhiyyəyə göstərdiyi qayğısından geniş və ətraflı məlumatlar verildi.

       Sonra məktəblilərimizə dəyirmi masa arxasında "Qəlblərdə yaşayan dahi lider" mövzusunda mühazirə söylənildi. Daha sonra şagirdlər Mərkəzdə yaradılmış digər şəraitlərlə də yaxından tanış oldular.

 
 
 
 
 
Keçidlər