Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı üzvləri «Qızıl Payız» adlı tədbirdə iştirak etdilər.

30 noyabr 2019 | 16:00
   Rayonun balaca sakinlərinin istedadlarının nümayiş etdirilməsi məqsədilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Qızıl Payız” adlı tədbir keçirilib. Tədbirdə mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə hazırlanmış musiqi nömrələri, şeir kompozisiyaları və səhnəciklər nümayiş etdirilmişdir. Uşaqlara dostluq, həmrəylik və Vətənə sevgi hisslərini aşılamaq məqsədilə təşkil olunan tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlhamə Nəzərova dövlət tərəfindən həyata keçirilən uşaq-gənclər siyasətindən bəhs etmişdir. 
   Uşaq  Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnək üzvlərinin etdikləri çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla izlənilmişdir.
 
 
 
 
 
Keçidlər