Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.

04 dekabr 2019 | 16:00
      04.12.2019-cu il tarixində Xaçmaz Rayon  İcra Hakimiyyətinin başçısı Elnur Rzayev  Qarabağ müharibəsi əlilləri   və şəhid ailələrinin  nümayəndələri ilə görüş keçirmişdir. Keçirilən görüşdə  Xaçmaz Rayon  İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən  qayğıdan söz açaraq,   bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm tədbirlərdən danışıb.
    Görüşdə iştirak edən   Qarabağ müharibəsi əlilləri  çıxış edərək, göstərilən diqqətə  görə dövlət  Başçısına minnətdarlıqlarını bildirmiş,  gələcək  həyatlarında  Vətənimizin inkişafı naminə fəaliyyət göstərəcəklərini diqqətə çatdırıblar. 
    Xaçmaz Rayon  İcra Hakimiyyətinin başçısı bundan sonra da şəhid ailələrinin problemlərini daim diqqət mərkəzində saxlayacağını və irəli sürülən hər bir məsələnin həllində  adekvat addımların atılacağını bildirmişdir.  
 
 
 
 
Keçidlər