Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Əhmədoba kəndində səyyar görüş keçirib.

05 dekabr 2019 | 16:00
      05.12.2019-cu il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun Əhmədoba kəndində səyyar görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və kənd sakinləri iştirak edib.
     Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri,  icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi.
     Yolların asfaltlanması, yaşayış məntəqələrin təbii qaz ilə təmin edilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
     Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
     Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə  tanış olub.  
 
 
 
 
Keçidlər