Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Xaçmaz rayonunda ağacəkmə aksiyası keçirildi

06 dekabr 2019 | 16:00
   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağacın əkilməsi təklifi irəli sürülmüşdür. Bu münasibətlə Xaçmaz Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  birgə təşkilatçılığı ilə 06.12.2019-cu il tarixində Xaçmaz rayonunda 3000-dən artıq müxtəlif ağac növləri əkilib. Ağacəkmə aksiyasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP-nın  rayon təşkilatının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Aksiya zamanı əkilən tinglərin dibləri bərkidilib və suvarılıb.  Kütləvi ağacəkmə aksiyasında  əsasən şam,  sərv, göyrüş, tuya, ağcaqayın və s. ağaclar əkilib. Həyata keçirilən  bu xeyirxah  təşəbbüs ölkəmizin hər yerində olduğu kimi Xaçmaz rayonunda da böyük sevinclə qarşılanıb.
   Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı aksiya iştirakçılarına yeni əkilmiş ağacların yaxşı inkişaf etməsi üçün daim  qulluq etmələrini tövsiyyə etmiş və rayon ərazisində yaşıllıqların qorunmasında hər bir sakinin rolunun vacib olduğunu diqqətə çatdırmışdır. 
 
 
 
 
Keçidlər