Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun ailəsini ziyarət edib

30 dekabr 2019 | 16:00
   30.12.2019-cu il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 17.03.1995-ci il tarixində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Şahbazov Yavər Əlibala oğlunun valideyinləri ilə görüşüb. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. 
    İcra başçısı bildirib ki, Yavər Şahbazovun fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur. 
  Milli Qəhrəmanın valideyinləri şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bütün şəhid ailələri adından öz minnətdarlığını bildirmişdir.
    Daha sonra rayon rəhbəri Çaykənarı kənd sakinləri ilə görüşərək bayramlarını təbrik edib.
 
 
 
 
 
Keçidlər