Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram şənliyi keçirildi

30 dekabr 2019 | 16:00
   Xaçmaz  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni İl  münasibətilə  rayonda   silsilə   bayram   tədbirləri həyata keçirilib.  30.12.2019-cu il tarixində keçirilən növbəti   tədbirdə  rayon sakinlərinin  iştirakı ilə bayram əhval-ruhiyyəli izdiham yaşanıb. Xüsusi tərtibatla bəzədilmiş  parkda müxtəlif film personajları balacalara maraqlı səhnəciklər təqdim ediblər.  Xaçmaz  sakinlərinin  böyük maraqla izlədiyi bayram tədbirində  tanınmış sənətkarlar konsert proqramı ilə çıxış ediblər. Tədbir   şaxta baba, qar qız və  nağıl  qəhrəmanlarının   çıxışları  ilə davam etdirilmişdir.  
 
 
 
 
 
 
 
 
Keçidlər