Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Niyazoba kəndində səyyar görüş keçirib.

23 yanvar 2020 | 16:00

   23.01.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Niyazoba kəndində səyyar görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və kənd sakinləri iştirak edib.

   Elnur Rzayev 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsindən söz açdı. Həmçinin ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi nəticəsində ölkəmizin gələcəkdə daha da dinamik inkişaf edəcəyini vurğulayıb.

   Ünvanlı dövlət sosial yardım, təbii qaz xəttinin çəkilməsi, məktəb binalarının təmir edilməsi, suvarma suyu problemi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

   Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

   Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə  tanış olub. 

 

Keçidlər