Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaspoladoba kənd sakini Səməndər Məhərrəmovun 90 illik yübileyi münasibətilə qonağı olub

19 fevral 2020 | 16:00

      Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 90 yaşlı rayon sakininin  yaşadığı evə gedərək, onu doğum günü münasibətilə təbrik edib. Rayon rəhbəri yaşlı  kənd sakini ilə görüşündən məmnunluq hissi duyduğunu bildirərək, hər kəs tərəfindən  yaşlı nəslin nümayəndələrinə hörmət və ehtiram göstərilməli  olduğunu  qeyd etmişdir. İcra başçısı  ziyarət zamanı diqqətə çatdırmışdır ki, görüşün əsas məqsədlərindən biri də  90 yaşlı rayon sakini Səməndər Rzayevin  ehtiyacları ilə yerindəcə tanış olmasıdır.   Keçirilən görüşdə bildirilmişdir ki, gənclərdə Vətənə məhəbbət hissinin formalaşmasında, onların milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların rolu çox böyükdür. Məhz buna görə də bizim hər birimiz  yaşlı nəslin nümayəndələrinə daim hörmət və ehtiram göstərməli, adət-ənənələrimizi onlardan öyrənərək qoruyub yaşatmalıyıq. Sonra rayon sakini Səməndər Məhərrəmov Rayon İcra Hakimiyyəti başçısı  ilə səmimi söhbət edərək,   keçirilən bu görüşün onda sevinc hissləri yaratdığını bildirmişdir.  Sonda 90 yaşlı rayon sakini  tərəfindən rayon rəhbərinə göstərilən səmimi münasibətə görə  minnətdarlıq bildirilmişdir.

 

 

Keçidlər