Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir.

30 mart 2020 | 16:00

Xaçmaz rayonu  ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər  davam etdirilir. Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaçmaz və Xudat şəhərlərindəki çoxmənzilli yaşayış binaları, kəndlərdə əhalinin toplaşdığı ərazilər və mütəmadi istifadə edilən obyektlər dezinfeksiya edilib. Bundan əlavə, binaların ümumi istifadə yerlərində, girişlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri həyata keçirilir. Gündəlik olaraq həyata keçirilən dezinfeksiya işlərinə daimi nəzarət təmin edilir.  

Müəyyən edildiyi kimi bu xəstəlikdən daha az zərərlə xilas olmaq üçün vətəndaşlarımız mümkün qədər evdən çıxmaması, gigiyena və təmizlik qaydalarına riayət etməsidir. Bununla əlaqədar olaraq Xaçmaz Rayon İcra Hakimiyyətinin aparatı, İƏD nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət qruplar vasitəsilə əhali arasında maarifləndirmə işləri aparılır. Yaradılmış qruplar şəhər ərazisində və kəndlərdə əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirir. Maarifləndirmə məqsədilə yaradılmış mobil qruplar mərkəzi park və xiyabanlarda əhalini karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyyə ediblər. Sakinlərin diqqətinə çatdırıb ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsi işi rayonda yaradılmış qərargah tərəfindən diqqət mərkəzində saxlanılır. 

 

Keçidlər