Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev koronavirus infeksiyasına qarşı mübarizədə örnək xidmət göstərən dərzi xanımın fəaliyətinə öz dəstəyini ifadə edib

02 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Xaçmaz rayonunda həm yerli dövlət qurumları, həm də müxtəlif əhali qrupları tərəfindən təqdirəlayiq tədbirlər görülür. Bunlardan biri də rayonda dərzi kimi fəaliyyət göstərən Aynur Ağabalayevanın nümunəvi addımıdır. Dərzi Aynur Ağabalayeva könüllü şəkildə insanlar üçün tibbi maskaların tikişi ilə məşğul olur. O, son zamanlar yaşanan maska çatışmamazlığını nəzərə alaraq, fərdi əl əməyi ilə hazırladığı üz maskalarını tikərək, yerli əhali arasında paylamaqla öz dəstəyini ifadə edib.

Qeyd olunmuş bu müsbət təşəbbüsü qiymətləndirmək məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 02.04.2020-ci il tarixində dərzi xanıma baş çəkib. Rayon rəhbəri dərzi xanımın fəaliyyətini müsbət qiymətləndirdiyini bildirərək, bu təşəbbüsün hər kəs tərəfindən alqışla qarşılandığını diqqətə çatdırıb. İcra başçısı qeyd etmişdir ki, bu həssas dönəmdə hər kəs vətəndaş mövqeyindən çıxış etməli və çox təhlükəli olan infeksiya ilə mübarizə məqsədilə evdə qalmalı, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidir. Daha sonra dərzi Aynur Ağabalayeva rayon rəhbərinə onun fəaliyyətinə göstərdiyi bu rəğbətə görə minnətdarlıq bildirərək, bu addımın onun gələcək xidmətində həvəsləndirici rol oynayacağını diqqətə çatdırmışdır. Sonra İcra başçısı tərəfindən gənc dərzi xanıma fəxri fərman, hədiyyələr və maska tikilməsində istifadə olunan zəruri ləvazimatlar təqdim olunmuşdur.

Keçidlər