Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başlatdığı “Dost Dar Gündə Tanınar” xeyriyyə aksiyasına daha bir sahibkar qoşulub.

09 aprel 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Dost Dar Gündə Tanınar”  xeyriyyə aksiyasına sahibkarlar könüllü şəkildə dəstək olmağa davam edirlər. Xaçmaz rayonunda fəaliyyət göstərən “Vogue” istirahət mərkəzinin rəhbərliyi müraciət edərək aksiya çərçivəsində İstisu qəsəbəsində və Seyidlikəndyeri kəndində yaşayan 50-dən çox ailəyə ərzaq yardımı göstərmək istəyini bildirib. 

Ərzaq payları “Vogue” istirahət mərkəzinin nümayəndəsinin, İstisu qəsəbə və Seyidlikəndyeri kənd inzibati ərazi dairə nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə yaşı 65-dən yuxarı olan tənha ahıllara və imkansız ailələrə çatdırılmışdır.

Xaçmaz Rayon İcra Hakimiyyəti və ərzaq payı almış vətəndaşlar “Vogue” istirahət mərkəzinin rəhbərliyinə aksiyaya qoşulduqlarına görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər