Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda koronavirus (COVİD-19) pandemiyasına qarşı təxirəsalınmaz tədbirlər davam etdirilir.

09 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının Xaçmaz rayonunda  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Rayonun bütün yaşayış məntəqələrində virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə şəhərin yaşayış binalarında, ümumi istifadə olunan ərazilərdə, girişlərdə, pilləkən qəfəslərində və sakinlərin daha çox istifadə etdiyi yerlərdə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Dezinfeksiya işləri daxili marşrut xəttləri üzrə hərəkət edən avtobuslarda da aparılır.Virusa qarşı təhlüksizlik tədbirləri rayonun bütün inzibati binalarında, kənd təsərrüfatı təyinatlı ticarət obyektlərində, şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda tələb olunan sanitar qaydalara riayət etməklə icra edilir. Təmizlik və dezinfeksiya işlərinin tələb olunan qaydalara uyğun olaraq aparılmasına Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarət həyata keçirilir.

Keçidlər