Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda 700 aztəminatlı ailəyə “Bravo” supermarketlər şəbəkəsi ərzaq yardımı edib

21 aprel 2020 | 16:00

Xaçmaz rayonunda  koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır.  Xüsusi karantin rejimi müddətində qayğıya ehtiyacı olan ailələr yerli dövlət qurumları tərəfindən müəyyən edilərək, onlara müvafiq qaydada yardımlar edilir. Növbəti yardım aksiyası «Bravo» marketlər şəbəkəsi tərəfindən həyata keçirilib. Belə ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayon üzrə 700 aztəminatlı ailəyə  «Bravo» marketlər şəbəkəsi tərəfindən ərzaq yardımı göstərilib. Xeyirxah aksiyadan Xaçmaz və Xudat şəhərində, həmçinin əksər kənd və qəsəbələrdə yaşayan tənha, ahıl və əilliyi olan vətəndaşlar yararlanıb. Həmçinin, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Dost Dar Gündə Tanınar”  xeyriyyə aksiyasında yerli sahibkarlar və iş adamları da könüllü dəstək olurlar. Bu xeyriyyə kampaniyası çərçivəsində indiyədək yüzlərlə aztəminatlı ailəyə yardım göstərilib. Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlığını billdiriblər.

 

Keçidlər