Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz gəncləri cəmiyyətimizin sağlamlığı naminə fəaliyyətə başlayıblar.

19 may 2020 | 16:00

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən başladılan "Bir-birimizi qoruyaq!" adlı kampaniya çərçivəsində Azərbaycan könüllüləri respublikamızın şəhər və rayonlarında, o cümlədən Bakıda koronavirus (COVİD-19) pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəaliyyətə başlayıblar. Bu fəaliyyətə Xaçmaz gəncləri də qoşuldu.

Qeyd edək ki, kampaniya karantin rejiminin yumşaldılması ilə əlaqədər vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır.

Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!

 

 

Keçidlər