Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır

04 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 03 iyun 2020-ci il tarixində Tərtər rayonuna səfər edib. Ölkə başçısının Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.

Əhali yeni növ koronavirus (COVİD 19) infeksiyasına qarşı həmrəylik göstərməli, daha da məsuliyyətli davranaraq tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən  istifadəyə və sosial izolyasiya tədbirlərinə əməl etməlidir.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində   yarada biləcəyi təhlükənin və onun yayılmasının qarşısının alınması üçün hər bir vətəndaşımız öz məsuliyyətini dərindən dərk etməli, özlərinin, yaxınlarının, cəmiyyətimizin və ölkəmizin sağlam gələcəyi naminə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməlidir. Xaçmaz rayonunun əhalisindən qeyd olunan qaydalara daha məsuliyyətlə yanaşmalarını xahiş edirik.

Keçidlər