Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev İƏD nümayəndələri ilə növbəti videokonfrans keçirib.

02 iyul 2020 | 16:00

02 iyul tarixində Xaçmaz Rayon İcra Hakimiyyətnin başçısı Elnur Rzayev videokonfrans vasitəsilə inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə növbəti müşavirə keçirib. Müşavirənin məqsədi Koronavirus pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası olub.

Elnur Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.Müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, Keçirilən müşavirədə ölkə üzrə bütün rayonlarda  karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.

İcra Hakimiyyətinin başçısı Xaçmaz rayonu ərazisində karantin rejiminin tələblərinin qüsursuz şəkildə icra edilməsi ilə əlaqədar  İƏD üzrə nümayəndələrinə ciddi tapşırıqlar vermişdir. Bütün yaşayış məntəqələrində sanitar-epidemioloji normalara şərtsiz əməl olunmasını və yerli qurumların əməkdaşlarının iş prosesində zəruri qoruyucu mühafizə vasitələrindən istifadə etmələrini diqqətə çatdırmışdır. İcra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi tapşırmışdır.

Keçidlər