Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda kompleks şəkildə genişmiqyaslı dezinfeksiya işləri aparılmışdır.

05 iyul 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Xaçmaz rayonunda yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlərin miqyası dahada genişləndirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılmışdır. Dezinfeksiya işləri Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin texnikalarının vasitəsilə rayonun küçə və prospektlərində eyni zamanda çoxmənzilli yaşayış binalarında və fəaliyyətinə icazə verilən digər obyektlərdə kompleks şəkildə aparılmışdır. 

Xaçmaz Rayon İcra Hakimiyyəti bir daha vətəndaşlara müraciət edərək bildirir ki, mövcud xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan qadağalara ciddi riayət etsinlər. 

Keçidlər