Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

06 iyul 2020 | 16:00

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində 06 iyul 2020-ci il tarixində  Xaçmaz  rayonunda növbəti reydlər aparılıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonda  ticarət obyektləri, apteklər, banklar və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə monitorinqlər keçirilərək, müvafiq tədbirlər görülmüşdür. Keçirilən hər bir baxış zamanı vətəndaşlarla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə maarifləndirici söhbətlər aparılıb, sərtləşdirilmiş karantin rejimi dövründə sanitar qaydalara əməl olunmasının vacibliyi  bildirilib. Rayonda keçirilmiş reydlər zamanı  Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək, sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi, işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə göstərişlər verilib.

Bununla yanaşı, qəbul olunmuş tələb və tövsiyyələrə uyğun olaraq Xaçmaz Rayon İcra  Hakimiyyəti tərəfindən rayonda dezinfeksiya işləri də davam etdirilir. Rayonun mərkəzi küçə və proskektlərində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, mütəmadi istifadə edilən yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Bundan əlavə, rayon üzrə inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.

 

 

Keçidlər