Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLDİ

23 fevral 2016 | 16:00

Fevralın 23-də Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirildi.
Tədbir iştirakçıları öncə mərkəzin foyesində məktəblilərin əl işlərini əks etdirən rəsm sərgisinə tamaşa etdilər. Xaçmaz RİH-in başçısı cənab Şəmsəddin Xavbabayev başda olmaqla mərasim iştirakçıları Xocalı dəhşətlərini canlandırmağa çalışan məktəblilərin həm də, vətənpərvərlik hislərinin nümayişinin şahidinə çevrildilər.
Anma mərasimində öncə Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. O, gənc nəslin nümayəndələrini bu faciəni unutmamağa, xalqımızı daim həmrəy olmağa səslədi.
Sonra tədbir iştirakçılarına Vahid Mustafayevin “Xoca” filmi təqdim olundu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə Bakı kinostudiyasında istehsal olunan film Xocalı soyqırımını xaçmazlıların xatirəsində yenidən yaşatdı və tamaşaçıların rəğbətini qazandı.
Xocalı soyqırımının 24-cü ildönümü eləcə də rayonumuzun bir çox idarə, müəssisə və mədəniyyət obyektlərində qeyd edilmiş, müxtəlif tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur.

Keçidlər