Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi

07 mart 2016 | 16:00

Martın 7-də Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi.
Rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar öncə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, dahi şəxsiyyətin xatirəsini böyük ehtiramla yad etdilər və abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər.
Bayram mərasimi Mədəniyyət evində davam etdirildi.
Öncə mərasimdə Xaçmaz RİH başçısının müavini İlhamə Nəzərova rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında qadınların rolu haqqında məruzə ilə çıxış etdi.
Mərasimin rəsmi hissəsindən sonra rayonun mədəniyyət və incəsənət işçilərinin iştirakı ilə bayram konserti keçirildi.

Keçidlər