Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışı əlamətdar hadisədir

20 noyabr 2020 | 16:00

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ərazi bütövlüyümüzü şərtləndirən, işğalçılardan təmizlənən torpaqlara–rayon və şəhərlərimizə səfər edir, zəfər yürüşünün simvoluna çevrilən Azərbaycan bayrağını dalğalandırır, barbarcasına dağıdılan ərazilərimizdə tikinti, abadlıq-quruculuq işlərinin başlanması ilə bağlı tapşırıqlarını verir.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 16-da işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri böyük  tarixi əhəmiyyətiə malikdir. Bu səfər ilk növbədə onunla əlamətdar oldu ki, həmin gün dövlətimizin başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməklə magistralın inşasına başlandı.

Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.

Qarabağa həyat qayıdacaqdır. Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.

Keçidlər