Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu

20 noyabr 2020 | 16:00

Noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə Prezidentin səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir.  Bu səfər düşmən üzərində qalibiyyət təntənəsi sərgilədi və mahiyyət baxımından  tarixi bir səfərdir. 

Dövlət başçısının və ölkənin birinci xanımının tarixlər şahidi, bütöv Azərbaycanın canlı yadigarı Xudafərin körpülərini ziyarət etməsi xalqımız üçün  xüsusi simvolik məna daşıyır. Bu  həm də, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinə, tarixi abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. Xudafərin körpülərinin Azərbaycan tarixindəki, xalqımızın qəlbindəki özünəməxsus yeri və dəyəri bu ziyarətlə bir daha sərgiləndi.

Səfər zamanı  Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin bariz nümunəsi, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini,- bu zəfərin müəllifini  qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.

Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi və işğal dövrünün bitdiyini bəyan etdi.

“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu.

Keçidlər