Şriftin ölçüsü :

Saytın rəngi :

Hər zaman xalqın yanında olan Prezident

20 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər ediblər.

Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq və sevinc hisslərini onlarla bölüşmək üçün maşından düşən, xalqına qələbə hisslərini yaşadan  Prezident İlham Əliyevi  xalq  böyük  sevgi, xüsusi coşqu və izdihamla qarşılamışdır. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

Hər zaman xalqın yanında olan və xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən dövlətimizin  başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı da öz qələbə sevincini xalqla bölüşdü.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.    

Keçidlər