Şriftin ölçüsü :

Saytın rəngi :

XAÇMAZDA NOVRUZ TƏNTƏNƏSİ YAŞANDI

21 mart 2016 | 16:00

Martın 21-də Xaçmaz rayon Mədəniyyət və İstirahət parkında milli bayramımız Novruzun gəlişi ilə əlaqədar təntənəli mərasim keçirildi.
Bayramsayağı bəzədilmiş Mədəniyyət və İstirahət parkında böyük canlanma var idi. Kiçikdən böyüyə hamının  üzündə bayram sevinci yaşandı. Xaçmazlılar çox qədim tarixə malik, qədim ənənələrimizi özündə əks etdirən bu bayramı hər il olduğu kimi bu gün də yüksək əhval-ruhiyyə ilə qarşıladılar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayev başda olmaqla, rayonun hüquq-mühafizə orqanlarının və idarə-müəssisə rəhbərlərinin bayram tədbirinə qatılması mərasimi daha da canlandırdı.
Bahar qızının meydana daxil olması və bayram tonqalını alovlandırması mərasimi daha da rövnəqləndirdi.
Xaçmaz RİH-in başçısı cənab Şəmsəddin Xanbabayev yeni ilin, yeni günün gəlişi münasibətilə Azərbaycan xalqını, xaçmazlıları səmimi qəlbdən təbrik edərək, onlara xoş arzularını bildirdi.
Mərasim rəngarəng konsert proqramı ilə davam etdirildi. Novruz xonçalarının və səmənilərin meydana gətirilməsi bayramın möhtəşəmliyindən xəbər verirdi. Kosa ilə keçəlin məzəli oyunları, sim və güc pəhləvanları, idmançıların çıxışları alqışlarla qarşılandı. Müxtəlif milli mahnı və rəqslərin təqdim olunması mərasimi daha da baxımlı etdi.
Rayon rəhbəri mədəniyyət parkında kənd təsərrüfatı məhsullarının, yeni kitabların və müxtəlif rəsm əsərlərinin sərgisinə tamaşa etdi.
Sonra rayon rəsmiləri Mədəniyyət və İstirahət parkında milli adət və ənənələrimizi özündə əks etdirən sənət nümunələri ilə tanış oldular.

Keçidlər