Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda koronavirus(COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

03 dekabr 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maskalardan və s.) istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir.

Keçidlər