Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.

04 dekabr 2020 | 16:00

 Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə  (27 sentyabr – 9 noyabr) bitirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni diz çökdürərək , Ermənistanı dərin böhrana saldı. 

Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində məhv edilmiş  və ya qənimət götürülmüş  düşmənə məxsus hərbi  texnikanın qiyməti bir neçə milyard dollardır.  Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Artıq  Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır.”

Azərbaycan Ordusu tərəfindən döyüş meydanında düşmənin məhv edilmiş və qənimət götürülmüş  texnikası:

53 tank əleyhinə vasitə,  4 “Smerç”,  97 “Qrad”, 2 “Uraqan”, 1 “YARS”, 1 TOS odsaçan, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 “TOR” zenit-raket kompleksi, 40 “Osa” zenit-raket kompleksi, 4 “KUB” zenit-raket kompleksi, 1 “KRUQ” zenit-raket kompleksi, 14 zastava,  2  “S-125” zenit-raket kompleksi, 22 pilotsuz uçuş aparatları,  2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi,  1 ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələri, 2 “R-142” komanda qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyası, 4 “Reppelent” radio-texniki maneə vasitəsi, 28 “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 315 müxtəlif çaplı top, 63 minaatan, 10 xüsusi avtomobil, 7 komanda məntəqəsi, 11 sursat anbarı, 287 tank , 69 piyadaların döyüş maşını, 5 “Su-25” təyyarəsi, 252  yük avtomobili məhv edilib.

5  “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 37 müxtəlif çaplı top, 62 minaatan, 93 xüsusi avtomobil, 178 qumbaraatan, 10 traktor, 5 “Şilka” zenit qurğusu, 1380 atıcı silah, 79 tank, 47 piyadaların döyüş maşını, 270 yük avtomobili hərbi qənimət kimi götürülüb.

Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, sonra  isə Laçın rayonunu nəzarəti altına keçirdi. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.

Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,  bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı.

Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.

Keçidlər