Şriftin ölçüsü :

Saytın rəngi :

HAQQIM VAR Kİ, ÖYÜNÜM AZƏRBAYCAN DEYƏNDƏ!

05 aprel 2016 | 16:00

Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan-Ermənistan cəbhəsində mənfur düşmənin növbəti təxribatı nəticəsində Tərtər, Ağdam, Goranboy, Füzuli rayonlarının cəbhəyanı kəndləri güclü təcavüzə məruz qalmış, müxtəlif iri çaplı pulemyotlar, artileriya qurğuları vasitəsilə arası kəsilmədən atəşə tutulmuş və dinc əhali arasında ölən, yaralanlar olmuşdur. Lakin, silahlı qüvvələrimiz  düşmənə layiqli cavab vermişlər. Demək olar ki, atəşkəs müntəzəm olaraq erməni qəsbkarları tərəfindən pozulurdu. Ancaq, bu hadisə son hədd demək idi. Ən müasir silahlarla təchiz olunmuş Azərbaycan ordusu düşmənə layiq olduğu cavabı verərək, strateji cəhətdən önəmli olan  bir neçə yüksəkliyi azad etmiş, işğalçıları məğlubiyyətə uğratmışdır.Bu, Azərbaycan ordusunun atəşkəs dövründə düşmən təxribatına qarşı ən layiqli cavabı və ilk qələbə müjdəsi idi. Bu döyüşlərdə düşmənin onlarla tankı, ağır texnikası məhv edilmiş, yüzlərlə hərbçisi öldürülmüşdür.
Azərbaycanın qüdrətli ordusu düşmənə bir daha sübüt edti ki, yenilməzdir, məğlubedilməzdir. Çünki o, haqq işi uğunda, doğma ata-baba yurdları naminə vuruşur. Ordumuz gücünü dövlətindən, xalqından, torpağından alır.
Artıq bir neçə gündür ki, ordumuz işğalçıların dinc əhalimizə qarşı törətdiyi vəhşiliklərə qarşı mərdliklə düyüşür. Dünyaya sübut edir ki, öz haqqımızı müdafiə etməyə yetərincə gücümüz var.
Ölkəmizin hər yerində xalqımız Silahlı Qüvvələrimizlə həmrəyliklərini, onları dəstəklədiklərini bəyan edir, hər an vətəni qorumaq naminə silaha sarılmağa hazır olduqlarını bəyan edirlər.
Aprelin 5-də  H. Əliyev adına Mərkəzdə keçirilən toplantı da xaçmazlıların Milli Ordumuza dəstəyinin bariz nümunəsini ifadə edirdi.
Mərkəzdə izdihamın sayı- hesabı yox idi.İnsanların çoxu ayaq üstə dayanaraq, əllərində milli bayrağımız ilə öz dəstəyini bildirirdi.
Mərasimi Xaçmaz RİH-in başçısı cənab Şəmsəddin Xanbabayev açaraq, bu günlərdə təmas xəttində  baş verən hadisələr haqqında məlumat verdi. Döyüşlərdə şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra  çıxış edən YAP-ın Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Qarabağ müharibəsi veteranı Şövlət Dadaşzadə, Milli qəhrəman Yavər Şahbazovun atası Əlibala kişi, tarix müəllimi Vilayət Əsgərov və başqaları erməni işğalçəlarına qarşı döyüşən ordumuza dəstək olduqlarını qeyd etdilər. Bildirdilər ki, biz təcavüzkar deyilik, haqqın tərəfdarıyıq. Onlar dönə-dönə vurğuladılar ki, Azərbaycan bu günlərdə tam qələbə qazanacaq. Artıq bizim haqq səsimizi bütün dünya eşidir.. Öz sözümüzü ən mötəbər kürsülərdə deməyə qadirik, Azərbaycanın güclü, nizami, ən müasir silahlarla silahlanmış ordusu və xalqına dayaq olan Ali Baş Komandanı var. Bizim gücümüz birliyimizdə, vətənə, torpağa olan sevgimizdədir. Vətənin hər çağırışına daim hazırıq, Ali Baş Komandanımızın əmrini gözləyirik. Xaçmazlılar sizinlədir, sizə güvənir, Azərbaycan əsgəri!
Mərasimi Xaçmaz RİH-in başçısı cənab Şəmsəddin Xanbabayev yekunlaşdıraraq bildirdi ki, düşmənlə mübarizə, müharibə itkisiz olmur. Təəssüf hissi ilə qeyd etdi ki, əldə edilən hər bir qalibiyyətin arxasında müəyyən bir itki var. Torpaq uğrunda ölən varsa, vətəndir,- nahaq yerə deyilməyib. Ordumuzun əldə etdiyi uğurlar nəticəsində verdiyimiz itkilər ürəyimizi göynədir. Ancaq Vətən sağ olsun deyirik.Şəhidlərimizin ruhu şad olsun. Onların qanı yerdə qalmır. Bir nəfərin yerinə düşmənimiz on qat itki verməli olur. Güclü ordumuzla, Ali Baş Komandanımızla qürur duyur, fəxr edirik ki, biz bu vətənin övladlarıyıq. Biz qalib gələcəyik!

Keçidlər