Şriftin ölçüsü :

Saytın rəngi :

Benizn və dizelin qiymətinin artırılmasının səbəbləri

07 yanvar 2021 | 16:00

Dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir:

Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropada özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb.

Hazırda bəzi ölkələrdə Aİ-92 markalı avtomobil benzinin pərakəndə satış qiyməti  1 litr üçün :

-Rusiyada 1,0 manat;

-Ukraynada 1,72 manat;

-Belarusda 1,14 manat;

-Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının pərakəndə satış qiyməti;

 -Türkiyədə 1,44 manat;

-Rusiyada 1,12 manat;

-Ukraynada 1,72 manat;

-Belarusda 1,21 manat;

-Ermənistanda 1,19 manat;

-Gürcüstanda 1,15 manat səviyyəsindədir;

-Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;

Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması səbəbləri:

-Həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması;

-Ekoloji mühitin yaxşılaşdırılması;

-Neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi.

-2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur;

-Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.

-Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.

Tarif dəyişikliyi Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır

Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Ölkə Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat vəsait ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.

Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib

190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub və 100 min ailəyə ərzaq payı verilib.

Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib, ödənişli ictimai iş yerlərinin sayı isə 90 minə çatdırılıb.

Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib.

Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat).

65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib.

Əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə 250 mln. manat

Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial siyasət  və 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər isə 40% artırılıb.

Gələcəkdə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər