Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsini və şəhid olmuş hərbiçilərin məzarlarını ziyarət edib

04 fevral 2021 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində Şuşa şəhəri ətrafında xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasında şəhid olmuş XTQ-nin hərbi qulluqçusu Məmmədov Kamilin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı Prezident Cənab İlham Əliyevin göstəriş və sərəncamlarına əsasən vətənin müdafiəsi uğrunda Şəhid olmuş hərbiçilərimizin xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Vətənin müharibəsində qəhrəmancasına həlak olmuş və yaxud əlil olmuş şəxs dövlətimiz tərəfindən birmənalı olaraq bu qayğıdan kənar qalmır.

Həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat və Fərzəlioba kəndlərində Vətən müharibəsi qaziləri ilə birlikdə şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət edib.

Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Şəhid ailələri və Qazilər onlara göstərilən qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər